“Yuventus”dan “Qalatasaray”a gözlənilməz təklif

“Yuventus” “Qalatasaray”ın futbolçusu Nikolo Zaniolunu transfer etməyə çalışır.

Metbuat.az xəbər verir ki, Zaniolo “Yuventus”a transfer olmağa razılıq verib. Klublar arasında isə danışıqlar hələ davam edir. Bildirilir ki, “Yuventus” “Qalatasaray”a futbolçu üçün 24 milyon avro təklif edib. “Qalatasaray” isə 30 milyon tələb edir.

Məlumata görə, “Yuventus” oyunçu sataraq ondan gələn gəlirlə “Qalatasaray”a etdiyi təklifi yüksəldəcək.

Qeyd edək ki, “Qalatasaray” Zaniolonu “Roma”dan 15 milyon avroya transfer edib. “Qalatasaray” Zaniolonun satışından “Roma”ya 20 faiz pay verəcək. Zaniolonun azad agent olmaq məbləği isə 35 milyon avrodur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR