Xalq artistinə qarşı hörmətsizlik - "Mənim onlardan nəyim əskikdir?"

Dünən Azərbaycan Dövlət Akademik Musiqili Teatrında özbəkistanlı aktyorların ifasında “Qaynana” tamaşası təqdim edildi. Tamaşaçılar arasında Azərbaycan və Özbəkistan mədəniyyət nazirliklərinin nümayəndələri də var idi və onlara xüsusi yer ayrılmışdı.

Metbuat.az-ın xəbərinə görə, protokol üçün nəzərdə tutulmuş sıralarda tanınmışlardan Xalq artistləri Gülyanaq Məmmədova və Nurəddin Mehdixanlı əyləşmişdilər. Boş qalan yerlər də var idi. Arxa sıralardan birində əyləşmiş Xalq artisti Fatma Mahmudova teatr bələdçilərinə əyləşdiyi yerlə bağlı öz etirazını bildirib.

“Mən xalq artistiyəm. Prezident təqaüdçüsüyəm, yaşım və təcrübəm var. Mənim orda oturanlardan nəyim əskikdir ki, protokol üçün ayrılmış cərgədə mənə yer verilmir?”.

Aktrisa teatrda işləməkdən və teatr rəhbərliyindən razı qaldığını söyləsə də, bu kimi məqamlara diqqət edilməsinin vacibliyini vurğulayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı