"Mədəniyyətsiz insanlardan yorulmuşam" - Bəhram Bağırzadə

"Mən işdən yorulmuram, insanlardan, cəmiyyətdən, tərbiyəsiz, mədəniyyətsiz insanlardan yorulmuşam".

Metbuat.az xəbər verir ki, bunu Əməkdar artist, aktyor Bəhram Bağırzadə "Efirdən kənar" proqramında deyib.

O kitab imzalama mərasimlərində bəzi insanların davranışlarını tənqid edib:

"Hərdən baxıram, deyirəm, belə ailələr də var? Bunlar elementar tərbiyə almayıblar, böyük, kiçik... İndiyə kimi tanımadığım adama "sən" deyə müraciət etməmişəm. Müraciət edəndə, ilk növbədə "salam" veririk. Salamsız qucaqlaqlaşırlar, "bir dənə bununla şəklimi çək" deyirlər".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı