Bu şəxslərə vergilərdə güzəşt ediləcək - QƏRAR

Nazirlər Kabineti “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısının təsdiq edilməsi barədə” 4 yanvar 2001-ci il tarixli qərarında dəyişiklik edib.

Metbuat.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, bundan sonra 1990-cı il yanvarın 20-də SSRİ qoşunlarının müdaxiləsi nəticəsində və ölkənin ərazi bütövlüyünün müdafiəsi zamanı həlak olmuş şəxslərin valideynləri və arvadları (ərləri) ilə yanaşı, onların ovladlarına da əmək haqqından tutulan vergi hesablanarkən güzəşt ediləcək. Amma bunun üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyinin yerli qurumlarının verdiyi, şəhid ailəsi statusunu təsdiq edən vəsiqə təqdim olunmalıdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı