Azərbaycandan bu ölkəyə səfərdə vizanı elektron almaq mümkün olur

Səudiyyə Ərəbistanına səfər etmək niyyətində olan Azərbaycan vətəndaşları elektron viza ala biləcəklər.

Metbuat.az “Arabian Business”ə istinadən xəbər verir ki, sözügedən ölkə elektron viza xidmətini Azərbaycanla yanaşı, Albaniya, Gürcüstan, Qırğızıstan, Maldiv adaları, Cənubi Afrika, Tacikistan və Özbəkistan üçün də açıb. Bildirilir ki, ölkəyə gələn ziyarətçilər sözügedən vizadan turizm, biznes, ailə və dostları ziyarət, eləcə də Ümrə ziyarəti üçün istifadə edə bilər.

Elektron viza il ərzində etibarlı sayılır və ölkəyə bir neçə dəfə səfər etməyə və 90 günə qədər burada qalmağa imkan verir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR