Yerli istehsalın stimullaşdırılması məqsədilə vergi güzəşti tətbiq olunub

Yerli istehsalın stimullaşdırılması məqsədilə vergiödəyicilərinə müvafiq vergi güzəştləri tətbiq edilib.

Metbuat.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, Vergilər Məcəlləsinə əsasən, siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən təsdiq edilmiş idxal mallarını yerli istehsal malları ilə əvəz edəcək qida (ərzaq) məhsullarının istehsalını həyata keçirən hüquqi və fiziki şəxslər həmin fəaliyyətdən əldə edilən mənfəətin gəlirin 50 faizi miqdarında mənfəət - gəlir vergisindən 7 il müddətinə azaddırlar.

Eyni zamanda, həmin fəaliyyət prosesində istifadə olunan əmlak əmlak vergisindən - müvafiq siyahının təsdiq edildiyi ildən etibarən 7 il müddətinə, həmin fəaliyyət prosesində istifadə olunan torpaqlara görə isə torpaq vergisindən 7 il müddətinə gəlir vergisindən azad olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı