Azərbaycanda yeni nəsil kassa aparatları ilə dövriyyə 17% artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları üzrə dövriyyə təxminən 12,3 milyard manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 17,3% çoxdur.

Metbuat.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, bu il avqustun 1-nə qədər ölkədə 91 889 yeni nəsil nəzarət-kassa aparatı quraşdırılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı