Gülnarə Kərimovanın 25 milyon dollarlıq əmlakı əlindən alındı

Özbəkistanın sabiq prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovaya məxsus 25 milyon dollar dəyərində əmlak Böyük Britaniyada müsadirə edilib.

Metbuat.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın "Serious Fraud Office" (SFO) qurumu məlumat yayıb.

Müsadirə olunmuş əmlaklara Londonun prestijli Belgravia rayonunda yerləşən 2 mənzil və Surreydəki malikanə daxildir.

Qeyd edək ki, 2015-ci ildə məhkəmə Gülnarə Kərimovanı 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edib. 2020-ci ilin martında Daşkənd Şəhər Cinayət Məhkəməsi yeni iş üzrə Kərimovanı 13 il 4 ay müddətinə azadlıqdan məhrum edib. O, sui-qəsd, qəsb, mənimsəmə və soyğunçuluq, çirkli pulların yuyulması və digər cinayətlərdə təqsirli bilinib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR