Elmar Hüseynovun ailəsi 17 ildən sonra Azərbaycana gəldi - FOTOLAR

2005-ci ildə qətlə yetirilən jurnalist Elmar Hüseynovun ailəsi 17 ildən sonra Azərbaycana qayıdıb.

Metbuat.az xəbər verir ki, bu barədə Elmar Hüseynovun həyat yoldaşı Rüşaniyyə Hüseynova paylaşım edib.

Rüşaniyyə Hüseynova oğlu, 17 yaşlı Aslanla birlikdə vətənə gəlib. Onlar Elmar Hüseynovun məzarını ziyarət etməklə yanaşı, Şuşaya da səfər ediblər.

Qeyd edək ki, Elmar Hüseynov 2005-ci ildə qətlə yetirilib. Onun ailəsi hadisədən sonra Norveçə köçərək orada yaşayır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı