BDU-da bakalavriatura səviyyəsinə qəbul planı artırılıb

Bakı Dövlət Universitetində (BDU) 2023/2024-cü tədris ilində bakalavriatura səviyyəsinə 5660 plan yeri ayrılıb.

Metbuat.az xəbər verir ki, bu barədə BDU-dan bildirilib.

Onlardan 4390 yer Azərbaycan, 765 yer rus, 505 yer isə ingilis bölməsi üzrədir. Ötən il bu rəqəm 5351 yer olub.

Qeyd edək ki, BDU-nun bakalavriaturasında 16 fakültədə 75 ixtisas üzrə mütəxəssis hazırlığı həyata keçirilir. 2023/2024-cü tədris ilində BDU-da bakalavritura səviyyəsi üzrə 3 yeni ixtisas (Statistika, Meliorasiya mühəndisliyi, Muzey, arxiv işi və abidələrin qorunması) açılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR