Müğənni Xatun Əliyeva yenə də həmkarlarını parodiya edib.

Axşam.az-ın məlumatına görə, “Səs verməyin!” verilişinə qonaq olan ifaçı sənət adamlarının onu təhdid etməsindən danışıb:

“Verilişlərə gedirəm, aparıcılar məni həvəsə gətirir. Başlayıram hamını parodiya etməyə. Amma sonra qarğışlar yazırlar. Məcbur olub cangüdənlə gəzirəm. Verilişə gələndə bir nəfər qarşıma şərt qoydu: ya parodiya, ya mən. Amma əl çəkə bilmədiyim vərdişimdir. Bu yaxınlarda Almaz Ələsgərova ilə eyni məclisdə idik. Məni təqdim etdi və dedi: “Məni parodiya edir, amma incimirəm”. İndi onu parodiya etməyi öyrənirəm”.

X.Əliyeva daha sonra xalq artisti İlhamə Quliyevanı, müğənni Nazənini, Xumar Qədimovanı, xanəndə Elnarə Abdullayevanı parodiya edib.