Ermənistana casusluqda təqsirləndirilən şəxsə bu cəza verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində dövlətə xəyanət etməkdə təqsirləndirilən Hacı Paşayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Metbuat.az "APA"ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə H. Paşayev 17 il azadlıqdan məhrum edilib.

İttihama görə, Hacı Paşayev Ermənistan xüsusi xidmət orqanlarına casusluqda ittiham olunur.

Onun barəsində Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 281-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283-cü maddəsi ilə (milli, irqi və dini ədavətin qızışdırılması) maddələri ilə ittiham elan olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı