Ronaldo Səudiyyə Ərəbistanında həbs oluna bilər - SƏBƏB

“Ən-Nəsr”in hücumçusu Kriştianu Ronaldu Səudiyyə Ərəbistanında həbs oluna bilər.

Metbuat.az oxu.az-a istinadən xəbər verir ki, 38 yaşlı hücumçu Ərəb Çempionlar Kubokunun yarımfinalında İraqın “Əl-Şorta” klubuna 1:0 hesabı ilə qalib gəldikləri matç zamanı qol sevincinə görə problemlə üzləşib.

Portuqaliyalı forvard penaltidən fərqləndikdən sonra xaç çəkib. Səudiyyə Ərəbistanında xristian inancı ilə bağlı jestlərin açıq nümayişi cinayət sayılır.

Bununla belə, Ronaldunun həbs olunma ehtimalının az olduğu da qeyd edilir. Portuqaliyalıya gələcəkdə bunu etməmək üçün sadəcə xəbərdarlıq ediləcəyi bildirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR