Krıma dronlarla hücum edildi

Rusiya ordusu işğal altında olan Krım yarımadasına pilotsuz uçuş aparatları (PUA) ilə hücum edildiyini bildirib.

Metbuat.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, Krım yarımadasına hücum edən 20 PUA zərərsizləşdirilib. Rusiya hücuma görə Ukraynanı ittiham edib. Rəsmi Kiyev hücum barədə heç bir açıqlama verməyib.

Krımın Rusiya tərəfindən təyin edilən "qubernatorunun müşaviri" Sergey Kryuçkov bir müddət əvvəl hava hücumundan müdafiə sistemlərinin işə düşdüyünü açıqlayıb.

Yarımadanı Rusiyanın Krasnodar bölgəsi ilə birləşdirən Krım körpüsündə hərəkət təxminən iki saat dayandırılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı