"Humanitar böhran" şousunun ifşası - Ermənilər toy-büsatdadırlar / VİDEO

Ermənistanın “humanitar böhran” içində yaşadığını iddia etdiyi Azərbaycanın Xankəndi şəhərində yaşayan ermənilər toy mərasimi keçiriblər.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycanın Niderlanddakı səfiri Rəhman Mustafayev “X” sosial şəbəkəsində paylaşım edib.

“Hər dəfə Xankəndidən erməni toy məclisləri videolarına baxanda, bu gənc xoşbəxt ermənilərin mahnı oxuyub rəqs etdiyini görəndə ürəyim bütün etnik azlıqların sülh və əmin-amanlıq içində yaşadığı ölkəm Azərbaycan üçün sevinc və qürurla dolur. Münaqişə başa çatıb, Ermənistan tarixin gedişatını dəyişə bilməz”, - deyə o qeyd edib.

Qeyd edək ki, yayılan görüntülərdə toy mərasiminin avqustun 9-da baş tutduğu görünür.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı