Havay adaları YANIR: Ölənlərin sayı çoxdur - VİDEO

ABŞ-ın Havay əyalətinin ən böyük adalarından biri olan Mauidə baş verən meşə yanğınlarında həyatını itirənlərin sayı 80-ə çatıb.

Metbuat.az xəbər verir ki, ada səlahiyyətliləri tərəfindən edilən açıqlamada baş verən yanğın hadisəsinin ştat tarixindəki ən ölümcül təbii fəlakət kimi qiymətləndirilib. Axtarış-xilasetmə əməliyyatları zamanı ölənlərin sayının artacağı istisna edilmir. Bu hadisə ştat tarixində maddi ziyana görə ikinci ən böyük fəlakət hesab olunur. Adada baş verən digər iki meşə yanğını da qismən nəzarət altına alınsa da, hazırda alovla mübarizə üç fərqli nöqtədə davam edir. Qeyd edək ki, Maui adasında çərşənbə axşamı başlayan meşə yanğınları Dora qasırğasının təsiri ilə tədricən geniş əraziyə yayılıb. Nəticədə, adada istirahət edən 14 mindən çox turist təxliyə edilib. Qubernator Qrinin sözlərinə görə, təəssüf ki, ölənlərin sayı əhəmiyyətli dərəcədə arta bilər. ABŞ prezidenti Co Bayden Havay adalarını fəlakət bölgəsi elan edərək, adaya federal yardım göndərib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı