Azərbaycanlı hakim-inspektor Elçin Səmədli Ermənistanın futzal yığmasının oyununa təyinat alıb.
Metbuat.az “Report”a istinadən xəbər verir ki, o, futzal üzrə DÇ-2024-ün elit mərhələsində keçiriləcək Gürcüstan – Ermənistan matçında iş başında olacaq.
Beynəlxalq dərəcəli hakim-inspektor sentyabrın 15-də Tbilisidə baş tutacaq görüşdə referilərin işinə qiymət verəcək.