Mbappe ilə bağlı problem həllini tapdı

PSJ ilə Mbappe arasında fikir ayrılığı aradan qalxıb.

Metbuat.az xəbər verir ki, tərəflər artıq razılığa gəliblər. Fransa mediasının məlumatına görə, razılığa əsasən, oyunçu mövsüm sonunda, yəni 2024-cü ilin yayında azad agent olaraq klubdan ayrılacaq. Bunun əvəzində Mbappe klubdan alacağı "sadiqlik bonusu" məbləğindən imtina edib. Məlumata görə, “sadiqlik bonusu”nun məbləği təqribən 90 milyon avrodur.

Qeyd edək ki, bundan əvvəl Kilian Mbappe həm azad agent kimi klubdan ayrılmağı, həm də “sadiqlik bonusu”nu tələb edirdi. Tərəflər arasındakı razılaşmadan sonra Mbappe artıq əsas heyətlə məşqlərə qayıdıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı