İrandan İrəvana erməni dilində başsağlığı mesajı

İranın Ermənistandakı səfirliyi ölkədə baş vermiş faciəvi qəza ilə bağlı başsağlığı verib.

Metbuat.az xəbər verir ki, bu barədə səfirliyin Tvitter səhifəsində məlumat yayılıb.

"Ermənistanda baş vermiş avtomobil qəzası nəticəsində ölən və yaralananların olduğunu dərin hüznlə öyrəndik. Ölənlərin ailələrinə və yaxınlarına başsağlığı verir, xəsarət alanlara isə tezliklə şəfa diləyirik",- erməni dilində edilən paylaşımda yazılıb.

Qeyd edək ki, Ermənistanda İrəvan-Gümrü yolunda, Lancik kəndi yaxınlığında ağır yol qəzası baş verib. Nəticədə 11 nəfər ölüb, 6 nəfər yaralanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı