​Avstraliyada meşə yanğınları fəlakətə səbəb oldu

Avstraliyanın Viktoriya əyalətində meşə yanğınları tüğyan edir.

Metbuat.az xəbər verir ki, meşə yanğını səbəbindən 66 min hektar ərazi külə dönüb. Yanğınsöndürənlər Qrampians Milli Parkında davam edən yanğını hələlik söndürə bilməyib. Həddindən artıq isti hava və külək səbəbindən yanğın hələ də nəzarət altına alınmayıb. Məlumata görə, müxtəlif ştatlardan olan yanğınsöndürənlər Viktoriyaya dəstək üçün gəliblər. Yerli dairələr Qrampiansın müxtəlif bölgələrində yaşayan vətəndaşları əraziləri tərk etməyə çağırıb.

Yerli dairələr Moyston və Mafeking şəhərləri yaxınlığındakı rabitə qülləsinin yanğınlardan zərər görə biləcəyini açıqlayıb. Bu vəziyyətin həm mobil telefon, həm də digər xidmətlərə təsir edəcəyi bildirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı