Nigerin yeni hökuməti dialoqa razılıq verdi

Nigeriyadan olan nümayəndə heyəti Nigerdə xunta lideri Əbdürrəhman Çiani ilə görüşüb.

Metbuat.az xəbər verir ki, görüşdən sonra açıqlama verən Nigeriyadan olan nümayəndə heyətinin lideri Abdullahi Bala Lau görüşün məhsuldar keçdiyini bildirib. Onun sözlərinə görə, Əbdürrəhman Çiani Qərbi Afrika Ölkələrinin İqtisadi Birliyi ilə dialoqa razılıq verib. Nümayəndə heyətindən bildirilib ki, Çiani dialoqun nə vaxt keçiriləcəyi ilə bağlı məlumat verməsə də dialoqa hər zaman hazır olduğunu bəyan edib.

Qeyd edək ki, Qərbi Afrika Ölkələrinin İqtisadi Birliyi Nigerdəki hərbi çevriliş tərəfdarlarının hakimiyyəti təhvil verməsini istəyib. Təşkilat Nigeri hərbi müdaxilə ilə hədələyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı