"Ermənistan işğaldan azad edilən ərazilərə 1 milyondan çox mina yerləşdirib"

Ermənistan Azərbaycanın işğaldan azad edilən ərazilərinə 1 milyondan çox mina yerləşdirib.

Metbuat.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” sosial şəbəkəsində yazıb.

O qeyd edib ki, 2020-ci ilin noyabrından indiyədək 300-dən çox azərbaycanlı mina qurbanı olub.

"Azərbaycan dünyada minalarla ən çox çirklənmiş ölkələr sırasındadır. Ermənistanın mina terroru davam edir", - H.Hacıyev vurğulayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı