100 milyonluq transfer geri qayıdır?

"Bavariya”ya trasnfer olan Harri Keynin “Totenhem”ə qayıdacağı ilə bağlı xəbər mediada maraqla qarşılanıb.

Metbuat.az xəbər verir ki, sosial media istifadəçiləri əvvəl Keynin transferinin uğursuz alındığını hesab ediblər. Lakin məlum olub ki, Keyn Londona qayıdacağı ilə bağlı mesajının transferlə əlaqəsi yoxdur. Bildirilir ki, Keyn klubdan ayrılarkən komanda yoldaşları ilə sağollaşmayıb. O votsap qrupunda klub üzvlərinə təşəkkür edib. Lakin Keyn belə ayrılıqdan narazı qalıb. O komanda yoldaşları ilə şən formada sağollaşmaq üçün vaxt tapan kimi Londona qayıdacağını deyib.

Qeyd edək ki, Harri Keyn bir neçə gün əvvəl 100 milyon avro qarşılığında “Bavariya”ya transfer olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı