Mövsümün gözlənilməz transfer mübadiləsi - Ulduz futbolçuları dəyişirlər

Hücum xəttini gücləndirmək istəyən "Barselona" çempionluqdakı ən vacib rəqiblərindən olan “Atletiko Madrid”in futbolçusu Joao Feliksi transfer etmək üçün hərəkətə keçib.

Metbuat.az xəbər verir ki, “Barselona” Joao Feliksi transfer etmək üçün Ansu Fatini təklif edib. İddialara görə, “Atletiko Madrid” bu təklifi qəbul edib. Lakin Ansu Fati hələlik qərarını verməyib.

Qeyd edək ki, hər iki futbolçunun meneceri portuqaliyalı Xorxe Mendeşin olması bu transferi asanlaşdıra bilər. Joao Feliks mediaya açıqlamasında “Barselona”da oynamaq istədiyini bildirmişdi. Joao Felikslə “Atletiko Madrid” arasında fikir ayrılığı var. Ötən mövsüm Joao Feliks icarə əsasında “Çelsi”də forma geyinib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR