Rusiya və İranın Xəzərdə gizli planları ÜZƏ ÇIXDI

Rusiya və İran gəmiləri sanksiyalar səbəbindən Xəzər dənizini gizli mal daşınması üçün aktiv olaraq istifadə edirlər.

Metbuat.az bildirir ki, bu barədə "Foreign Policy" yazır. İddiaya görə, rus gəmiləri limanlardakı "Avtomatik aşkarlama sistemi"nə (AİS) məlumat çatdırılmasını bağlayır və gəmilərin mövqelərini səhv göstərirlər. Sadəcə son 3 ayda bununla bağlı 600-dən çox hal aşkarlanıb.

Məqalədə qeyd edilir ki, Xəzərdə daşınma edən rus və İran gəmiləri tanker deyil, daha çox yük gəmiləridir. Təkcə iyul ayında 20 neft tankeri, 129 karqo gəmisi qeydə alınıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı