Rusiya bombardmançıları NATO ərazisinə girdi

Böyük Britaniyanın Kral Hərbi Hava Qüvvələrinə aid Tayfun tipli döyüş təyyarələri Şotlandiyanın şimalında 2 Rusiya bombardmançı təyyarəsinin qarşısını alıb.

Metbuat.az xəbər verir ki, bu barədə Böyük Britaniya ordusu məlumat verib. Bildirilir ki, Şotlandiyanın şimalında yerləşən NATO-nun şimal hava patrul bölgəsindəki beynəlxalq hava məkanında 2 rus bombardmançı təyyarəsinin qarşısı alınıb. Krallığın döyüş təyyarələri Şetland adalarının şimalında Rusiya bombardmançılarını təqib edib. Xəbərdarlıqlardan sonra rus təyyarələri bölgədən uzaqlaşıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı