Bakının bir sıra yollarında tıxac yaranıb.
Metbuat.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hal-hazırda yollardakı vəziyyət:
1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
2. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən "20 Yanvar" metrostansiyası istiqamətində;
3. Heydər Əliyev prospekti, "Koroğlu" metrostansiyasının qarşısı, kənar və əsas yol, mərkəz istiqamətində;
4. Tbilisi prospekti, "20 Yanvar" metrostansiyasından mərkəz istiqamətində;
5. "20 Yanvar" dairəsində;
6. Binəqədi şosesi, "Azadlıq Prospekti" metrostansiyası istiqamətində sıxlıq müşahidə olunur.