Çin və Hindistan mübahisəli ərazilərlə bağlı razılığa gəldi

Çin və Hindistan Himalay dağlarının mübahisəli sərhəd bölgələrində gərginliyi həll etmək üçün danışıqların yeni raundundan sonra “sülh və sakitliyi qorumağa” razılaşıb.

Metbuat.az xəbər verir ki, bu barədə iki ölkənin orduları arasında sərhəd gərginliyini azaltmaq məqsədilə korpus komandirləri səviyyəsində keçirilən 19-cu görüşdən sonra tərəflərin yaydığı birgə bəyanatda deyilir.

“Qərb sektorunda qalan problemlərin həlli ilə bağlı razılığa gəlinib. De-fakto Nəzarət Xətti dərhal həll edilməlidir.Tərəflər o vaxta qədər sərhədyanı rayonlarda sülh və əmin-amanlığın saxlanması barədə razılığa gəliblər”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, Çin və Hindistan arasında Himalay dağlarında sərhəd münaqişəsinin həllinə dair danışıqların 19-cu raundu öncəsi Hindistan Hərbi Hava Qüvvələri Ladax bölgəsinin şərqinə 68 min əsgər və çoxlu sayda hərbi texnika cəlb edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı