Qəzzada atəşkəs razılaşması təxirə salındı

İsrailin geri çəkilməsi, əsir və köçkünlərin geri qaytarılması ilə bağlı yeni şərtlər irəli sürməsi səbəbindən Qəzzada atəşkəs razılaşmasının əldə edilməsini təxirə salınıb.

Metbuat.az xəbər verir ki, bu barədə HƏMAS açıqlama yayıb. Açıqlamada deyilir ki, atəşkəs və əsirlərin mübadiləsi ilə bağlı danışıqlar Qətər və Misirin vasitəçiliyi ilə Dohada davam edir. Məlumatda bildirilir ki, İsrail yeni məsələlər və şərtlər irəli sürüb və bu da mövcud razılaşmanın əldə olunmasını gecikdirib. Digər tərəfdən, İsrail Baş Nazirlik Ofisi də əsir mübadiləsi danışıqlarının gecikməsinin HƏMAS səbəbilə baş verdiyini qeyd edib.

Yazılı açıqlamada HƏMAS-ın danışıqlarda çətinlik yaratdığı iddia edilib. Bəyanatda həmçinin İsrailin Qəzza zolağında israilli məhbusları azad etmək üçün səylərini davam etdirəcəyi qeyd edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı