“Qarabağ”ın potensial rəqibi bəlli oldu

Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunlarına start verilib.

Metbuat.az xəbər verir ki, ilk matç günündə 1 görüş keçirilib. “Flora” (Estoniya) “Farul”u (Rumıniya) qəbul edib. Qarşılaşma qonaq komandanın 2:0 hesablı qələbəsi ilə başa çatıb. İlk matçda da 3:0 hesabı ilə qalib gələn Rumıniya təmsilçisi pley-off yüksəlib.

Xatırladaq ki, “Farul”u pley-offda Avropa Liqasının 3-cü təsnifat mərhələsinin “Qarabağ” - HİK (Finlandiya) cütünün məğlubu ilə görüş gözləyir.

16 avqust

"Flora" (Estoniya) - "Farul" (Rumıniya) - 0:2
Qollar:
Rivaldinyo, 4, Budesku, 18
İlk oyun - 0:3


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı