"Nicat ayılanda ilk onu soruşdu" - Dostu DANIŞDI / VİDEO

“Niko özünə gəlib. Reanimasiyadadır. Danışır. İlk soruşduğu sual Ruslan oldu. Onun vəfat etdiyindən xəbəri yoxdur”.

Metbuat.az xəbər verir ki, bu sözləri blogerin dostu, rəqqas Ramil Qasımov deyib. O, sosial şəbəkə paylaşımında bildirib:

“Vəziyyəti stabildir. İnşallah, palataya köçürüləndə yanına gedəcəyik. Guya deyirlər, ailələr arasında dava düşüb. Elə şeylərə inanmayın, yalan məlumatdır. Allah rəhmət eləsin, Ruslana”.

Qeyd edək ki, avqustun 15-i gecə saatlarında "Nikosayağı" adı ilə tanınan bloger Nicat Şakirli Nizami rayonu, Heydər Əliyev prospektində ağır qəzaya düşüb. Nəticədə Nicat Şakirli xəsarət alıb, onun sərnişini, Gəncə şəhər sakini, 1996-cı il təvəllüdlü Ruslan Məmmədov ölüb. Sürücü Nicat Şakirli sağ yuxarı ətrafın dirsəkdən amputasiyası diaqnozu ilə TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə təxliyə olunublar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR