"Barbie" filmi ABŞ-də 537,5 milyon dollar gəlir əldə edib.
Metbuat.az xəbər verir ki, bu barədə "Variety" nəşri məlumat yayıb.
Beləliklə, ekran işi ABŞ-də "Warner Bros." studiyasının ən çox gəlir gətirən filmi olub. Film rejissor Kristofer Nolanın 2008-ci ildə 536 milyon dollar gəlir əldə edən "Qaranlıq cəngavər" filmini keçib.
Qeyd edək ki, rejissor Qreta Qerviqin lentə aldığı "Barbie"də baş rolları Marqo Robbi və Rayan Qoslinq canlandırıb.