Astroloqlar sevməyi bacarmayan 3 ürəksiz bürc haqqında araşdırma aparıblar. Onlar sevgidən qorxub qaçmaqla kifayətlənməyib, qarşı cinsin hisslərinə də hörmətsizlik edirlər.
Metbuat.az xəbər verir ki, sevgidən qorxub qaçan bürclərin siyahısında liderliyi Oxatan bürcü edir.
Əyləncəli görünüşü, davranışı ilə ətraf mühitin diqqətini çəkən bürclərdən biri olan Oxatanlar dostluqda nə qədər yaxşıdırsa, sevgidə bir o qədər pisdir. Həqiqətən onun diqqətini çəksən və o sənə aşiq olsa belə, azadlığının getdiyini anladığı anda canavara çevrilə bilər.
Oxatan kimi, Şir də bəzən karyera qurarkən həyatının sevgisini əldən verə bilir. Şirlər həqiqətən aşiq olduqda "döyüş moduna" girirlər. Onlar üçün öz mənliklərindən daha vacib heç nə yoxdur. Partnyorlarının onları tənqid etdiyini başa düşdükləri anda eqoları işə düşür və sadəcə əla olduqlarını sübut etmək üçün incitməyə başlayırlar. Nə qədər qəzəblənsən, bir o qədər də irəli gedəcəklər. Bu müzakirənin sonunda sizin qəlbinizdə silinməz pis bir xatirə qalacaq.
Gizliliyi ilə dünya "brendi" olan Əqrəbin hissləri həmişə göstərdiyindən çox olur. Mimikadan çox istifadə etmirlər və fikirlərini ifadə etməkdən uzaqdırlar. Fikirlərini bölüşməkdənsə, başqalarının fikirlərini bilmək istəyirlər. Partnyorları heç vaxt onların sevildiyinə əmin deyillər. Çünki onların qarşısında soyuducudan heç bir fərqi olmayan biri var. Tərk olunduqda belə qürurlarından heç vaxt əl çəkməyən Əqrəb ilə münasibət sizə zəhərli zaman keçirməkdən başqa heç nə verməyəcək.
Aidə / Metbuat.az