Rusların qorxulu röyası cəbhəyə endi - Türkiyə sərbəst buraxmışdı

Ukraynanın məşhur “Azov” xüsusi təyinatlı briqadası yenidən döyüşlərə qayıdıb.

Metbuat.az xəbər verir ki, bu barədə Ukrayna Milli Qvradiyasından bildirilib. Məlumata görə, xüsusi təyinatlılar artıq tapşırığı yerinə yetirmək üçün Serebryansk meşəsi ərazisinə cəlb edilib.

Qeyd edək ki, “Azov” briqadası Donetsk vilayətinin Azov zavodunda mühasirəyə düşmüşdü. Rusiya tərəfindən əsir götürülən hərbçilər razılaşma əsasında azad edilərək, Türkiyəyə aparılmışdı. Lakin Prezident Vladimir Zelenski Türkiyədən qayıdarkən “Azov” briqadasının üzvlərini vətənə aparmışdı. Rusiya buna etiraz edərək, bildirmişdi ki, razılığa əsasən müharibə başa çatana qədər “Azov” xüsusi təyinatlıları Türkiyədə qalmalı idi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı