Mövsümünün ən yaxşı oyunçusu adına 3 namizəd

"Mançester Siti"nin futbolçuları Erlinq Holand və Kevin De Bröyne, həmçinin, PSJ-dən ABŞ-nin "İnter Mayami" klubuna keçən Lionel Messi 2022/2023 mövsümünün ən yaxşı oyunçusu adına namizəd olublar.

Metbuat.az xəbər verir ki, bu barədə UEFA-dan açıqlama verilib.

Ən yaxşı baş məşqçi adına namizədlər isə "Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola, İnter"in baş məşqçisi Simone İnzagi və "Napoli"dən ayrılan Luçano Spallettidir.

Qeyd edək ki, qaliblər avqustun 31-də açıqlanacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR