Bakıda “Paris-2024”ə ilk lisenziyalar qazanıldı

Bakıda keçirilən atıcılıq üzrə 53-cü Dünya Çempionatının bugünkü birinci yarışında “Paris-2024” Yay Olimpiya Oyunlarına ilk lisenziyalar oynanılıb.

Metbuat.az xəbər verir ki, 10 metr məsafəyə pnevmatik tapançadan atəş üzrə kişilər arasında yarış iştirakçılara 4 lisenziya qazandırıb.

Yarışın qızıl medalçısı çinli Boven Janq, bürünc medal sahibi bolqarıstanlı Kiril Kirov ilə yanaşı, finala düşmüş, lakin qaliblər arasında olmayan İsveçrə təmsilçisi Ceyson Solari və Almaniya təmsilçisi Robin Uolter də “Paris-2024”-ə lisenziya əldə ediblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı