BMT-də Xankəndidəkilərin toyunu "təbrik edən" Yaşar Əliyev kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, BMT Təhlükəsizlik Şurasının "Laçın yolu" ilə bağlı Ermənistanın müraciəti əsasında fövqəladə iclasında Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi Yaşar Əliyev Ermənistana və onun havadarlarına tutarlı faktlarla cavab verib.

Metbuat.az Yaşar Əliyev haqqında qısa arayışı təqdim edir:

Yaşar Əliyev 1955-ci ildə Azərbaycan Respublikasının paytaxtı Bakıda doğulub.

Təhsil:

1972 - 1977-ci illərdə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində təhsil alıb.

1980 - 1982 - ci illərdə aspiranturanı Şərqşünaslıq İnstitutu, Sovet Elmlər Akademiyasında (Moskva) oxuyub.

1991 - 1992 -ci illərdə təhsilini Moskva şəhərində Rusiya Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasında davam etdirib.

Peşəkar təcrübə:

1989 - 1990 - cı illərdə Azərbaycan SSR Xarici İşlər Nazirliyinin İnformasiya və Siyasi Təhlil İdarəsinin siyasi işçisi olub.

1990 - 1992 - ci illərdə Xarici İşlər Nazirliyinin beynəlxalq təşkilatlar şöbəsinin birinci katibi, rəis müavini və şöbə müdiri vəzifəsində çalışıb.

1992 - 2002 - ci illərdə Azərbaycan Respublikasının Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatı yanında Daimi Nümayəndəliyinin müşaviri, müvəqqəti işlər vəkili olub.

2002 - ci ildə Fövqəladə və Səlahiyyətli Səfir rütbəsi alıb.

2002 - 2006 - cı ildə İqamətgahı Nyu-Yorkda olan Azərbaycan Respublikasının Kuba Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri olub.

2006 - 2011 - ci illərdə Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı Fövqəladə və Səlahiyyətli Səfiri təyin edilib.

2007 - 2009 - cu illərdə İqamətgahı Vaşinqtonda olan Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı fövqəladə və səlahiyyətli səfiri olub.

2011 - 2014 - cü illərdə Böyük Yaxın Şərq, Qoşulmama Hərəkatı, İƏT-də Xüsusi tapşırıqlar üzrə Səfir olub.

Aprel 2014-cü ildə Nyu-Yorkda Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı yanında Daimi Nümayəndəsi kimi fəaliyyətini davam etdirir.

Xarici dillər:

İngilis, Ərəb, Rus və Türk

Ailə vəziyyəti:

Ailəlidir, üç övladı var


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR