Gələn həftə bu bürcləri "pul yağışı" gözləyir - Şans qapıdadır

Astroloqlar qarşıdakı həftə hansı bürclərin maddi cəhətdən uğurlu olacağını müəyyənləşdiriblər.

Metbuat.az həmin bürcləri təqdim edir:

Balıqlar - emosiyalarınızın sizi iş həyatında idarə etməsinə icazə verməyin. Çoxdandır enerji sərf etdiyiniz layihələrin bəhrəsini qarşıdakı həftədə görə bilərsiniz. Planlı şəkildə hədəfə doğru irəliləmək sizi arzusunda olduğunuz "xəzinəyə" çatdıracaq.

Şir - daim liderlik arzusunda olmağınız ətrafdakılar tərəfindən yaxşı qarşılanmaya bilər. Bu, sizə işlərinizdə kiçik çətinliklər törədəcək. Lakin xəyalını qurduğunuz böyük məbləğlər artıq qapınızdadır. Təmkinli və məsuliyyətli davranın.

Əqrəb - qarşıdakı həftə sizi iş həyatında xoş xəbərlər gözləyir. Yaradıcı sahələrdə çalışanlar yüksək məbləğli təkliflər ala bilərlər. Bu təkliflər qarşısında özünüzə inam və risk etmə istəyiniz əhəmiyyətlidir. Yüksək qazanc üçün çalışqanlıq lazım olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR