Sərnişin və yük daşıyanlar icazə alacaq - TƏSDİQLƏNDİ

Prezident İlham Əliyev “Lisenziyalar və icazələr haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

Metbuat.az xəbər verir ki, bununla da qanun “Avtomobil nəqliyyatı haqqında” yeni qanuna uyğunlaşdırılıb.

Yenilənmiş qanunla sərnişin və yük daşımalarında lisenziya tələbi icazə tələbi ilə əvəzlənib.

Belə ki, Azərbaycanda avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları xidmətləri göstərənlər icazə almalı olacaqlar. Həmin icazələr aşağıdakılardır;

-Azərbaycan ilə xarici ölkələr arasında avtomobil nəqliyyatı ilə daşımaları yerinə yetirmək üçün operatorlara verilən beynəlxalq yük və qeyri-müntəzəm daşımalarına buraxılış vəsiqəsi;

-Ölkədaxili sifarişli daşımalara buraxılış vəsiqəsi:

-Taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsi:

-Taksi sifariş operatoru fəaliyyətinə icazə.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı