Ucarda oğul anasını buna görə öldürübmüş - TƏFƏRRÜAT

Xəbər verdiyimiz kimi, Ucarda 1981-ci il təvəllüdlü qadın boğularaq öldürülüb. Hadisənin bəzi detalları məlum olub.

Metbuat.az "Unikal"a istinadla xəbər verir ki, hadisə qısqanclıq zəminində baş verib.

Ş.Qurbanovanı öldürməkdə şübhəli bilinən oğlu 2000-ci il təvəllüdlü Qurbanov Faiq atası ilə birgə Rusiyada yaşayırmış. O, bir müddət öncə doğulduğu Qaradağlı kəndinə gəlibmiş. Faiq bu gün səhər saatlarında anasının telefonuna baxdıqdan sonra məlum hadisəni törədib.

Hazırda Ucar rayon polis əməkdaşları Qaradağlı kəndində hadisə yerində araşdırma aparır.

Ucar rayon prokurorluğunun yaydığı məlumata görə, fakta görə Ucar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı