AQTİ əməkdaşı 28 yaşında vəfat etdi - FOTO

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Milli Referens Laboratoriyasının əməkdaşı Nuranə Hamlet qızı Mollayeva uzun sürən xəstəlikdən sonra vəfat edib.

Metbuat.az bildirir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Qeyd olunub ki, N.Mollayeva 1995-ci il martın 3-də anadan olub. O, Bakı Dövlət Universitetini bitirərək bioloq ixtisasına yiyələnib. Türkiyə Respublikasının Anadolu Universitetində biotexnologiya ixtisası üzrə magistr təhsili alıb. 2019-cu ildən AQTİ-də "Analitik Ekspertiza Mərkəzi” departamentinin Milli Referens Laboratoriyasının Bioloji müayinələr bölməsində böyük mikrobioloq vəzifəsində çalışmağa başlayıb.

AQTİ-dən bildirilib ki, N.Mollayeva vəzifə təlimatlarında nəzərdə tutulan tapşırıqları vaxtında və peşəkarlıqla yerinə yetirib, nümunəvi davranışları ilə seçilib, kollektivin rəğbətini qazanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı