"Putinə dedim ki, Kiyev işğal edilməlidir" - Kreml rəhbəri buna görə imtina etdi

“Rusiya qoşunları paytaxt yaxınlığında olarkən Ukrayna Kiyev uğrunda döyüşə bilmədi”.

Metbuat.az xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko ukraynalı jurnalist Diana Pançenkoya müsahibəsində deyib.

O, Rusiya prezidenti Vladimir Putinin Kiyevi işğal etməkdən imtina etməsinin səbəbini xatırladıb və rusiyalı həmkarı ilə söhbətinin bəzi təfərrüatlarını açıqlayıb.

“Putinlə bu barədə danışdıq. Deyirəm, müharibə bitməlidirsə, təbii ki, paytaxt işğal edilməlidir. O isə mənə dedi ki, insanlar öləcək. Buna görə Kiyevə girməkdən imtina etdi”, - Lukaşenko bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı