Messi "Qızıl top" barədə danışdı: "Əgər qazana bilməsəm..."

"İnter Mayami"də forma geyinən argentinalı ulduz futbolçu Lionel Messi "Qızıl top" qazanma ehtimalından danışıb.

Metbuat.az bildirir ki, 36 yaşlı oyunçu kuboklar qazanmağın onun üçün daha əhəmiyyətli olduğunu deyib:

"Qızıl topun futbolda önəmi böyük olsa da, heç vaxt buna böyük önəm verməmişəm. Həmişə dediyim kimi, kuboklar qazanmağı üstün tuturam. "Qızıl top"u düşünmürəm. Qazansam, gözəl. Qazana bilməsəm, heç bir fərq etməz. Çünki futbolda hər şeyi qazanmışam".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı