Ölkədə ətin qiyməti bahalaşdı - YENİ QİYMƏT

Mal ətinin qiyməti yenidən bahalaşıb. Hazırda mal ətinin kilosu 14-16 manat arasında təklif olunur.

Metbuat.az "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, satıcılar bildirdi ki, bir həftə ərzində qiymətdə 50 qəpik, 1 manat bahalaşma var.

“Bahalaşma alıcılara da təsirsiz ötüşmür”.

Satıcılar bildirdilər ki, heyvanı baha aldıqlarına görə baha qiymətə də satırlar.

Bahalaşma mal içalatında da özünü göstərir.

O da bildirildi ki, bir həftə ərzində mal ətinin qiymətində bahalşma olsa da, qiymət artımı hələ ki, qoyun ətinə təsir etməyib.

Daha ətraflı videoda



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR