Məşhur şirkətin rəhbəri vəfat etdi

"Adobe" şirkətinin təsisçisi Con Uornok 82 yaşında vəfat edib.

Metbuat.az xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

"Dərin kədər hissi ilə sevimli həmtəsisçisi Con Uornokun vəfat etdiyini bildiririk", - deyə məlumatda deyilir.

Qeyd edək ki, Con Uornok Çarlis Gesçke ilə birlikdə 1982-ci ildə Adobe şirkətini təsis edib. O, 2000-ci ilə qədər şirkətin baş direktoru vəzifəsində çalışıb və 2017-ci ilə qədər idarə heyətinin sədri olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR