Həftə ərzində 166 nəfər vaksin vurdurub

Azərbaycanda avqustun 14-dən 20-dək koronavirus (COVID-19) əleyhinə 166 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Metbuat.az-a verilən məlumata görə, həftə ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 29, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 38, üç və daha çox doza vaksin vurduranların sayı 89, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 10 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 968 857, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 413 152, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 884 309, üç və daha çox doza vaksin vurduranların sayı 3 405 014, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 382 təşkil edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR