Azərbaycan, Bakı, 4 iyun /Trend/

Nəşriyyat dünyasının liderlərinin toplaşdığı 67-ci Beynəlxalq Mətbuat Konqresində (World News Media Congress) iştirak edən Azərbaycanın ingilisdilli qəzeti “Azernews” qəzetinin baş redaktoru Sevil Mikayılova və Trend BİA-nın baş redaktoru Vaqiş Şərifov ən populyar Amerika qəzetlərindən biri “The New York Times”-ın nümayəndələri ilə görüşüblər.

Görüş çərçivəsində “Azernews” və Trend BİA-nın məlumat mübadiləsi sahəsində əməkdaşlıq imkanları müzakirə edilib.

V.Şərifov bildirib ki, analoji görüşlər dünyanın digər böyük nəşrləri ilə də keçirilib: “Bütün görüşlərin mövzusu “Azernews” və Trend BİA-nın kontentinin inkişafı və müxtəlif məşhur qəzetlərlə kontentin sindikatlaşdırılması məsələləri olub. Bundan başqa, “Azernews” və Trend BİA-nın internetdə, həmçinin xüsusi kommersiya onlayn kitabxanalarda inkişafı baxımından əməkdaşlıq imkanı da müzakirə edilib”.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az