Ən uzun yaşayan bürclər - Dünyadan əl çəkmirlər

Astroloqlar ən uzun yaşayan bürcləri müəyyən etməyi bacarıblar.

Metbuat.az bildirir ki, astroloqlara görə, insanların ömür müddəti ilə doğulduqları bürc arasında sıx əlaqələr mövcuddur. Kişilər üçün ilk üçlük isə belədir:

Hesablamalara görə, ən uzun yaşayan bürclər buğalardır. Onlar ortalama 81 il yaşayırlar.

İkinci yerdə isə ortalama 79 yaşla qoçlar yer alır.

Üçüncü yerdə isə əkizlər qərarlaşıb. Onların ortalama ömrü 78 ildir.

Qadınlarla kişilərin ömür müddəti fərqli olduğu üçün, qadınlarda sıralama fərqlidir: Buğa, əkizlər və qız.

Bürclər arasında ömür müddətinin fərqli olmasına səbəb onların fərdi xüsusiyyətləridir. Bəzi bürclər daha əsəbi, stresli və aqressiv olduğu halda, digərləri daha təmkinli, səbrli və mehriban olurlar. Bu da onların səhhətinə öz təsirini göstərir.

Həmçinin insanların problemlərə yanaşma tərzi, şəxsi münasibətlərində yaşadıqları sıxıntıları həll etmə tərzləri, ailə və qohumları ilə münasibətlərinə yanaşması da onun həyat tərzinə təsir göstərir. Bu da onların ömür müddətini müəyyən edir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR