Turizm mərkəzində faciə: Yüzlərlə insandan xəbər yoxdur - VİDEO

Havay adalarında meşə yanğınları nəticəsində ölənlərin sayı 110 nəfəri ötüb.

Metbuat.az xəbər verir ki, bu barədə Maui Bələdiyyə Başçısı Riçard Bissen açıqlama verib. O bildirib ki, yanğınların yaratdığı xaos səbəbiylə 850 nəfər itkin düşüb. Onların axtarışları davam edir.

Qeyd edək ki, Havay adalarında yanğınlar nəticəsində yüzlərlə tikili sıradan çıxıb. Minlərlə insan təxliyə edilib. Bundan əvvəlki açıqlamada 1300 nəfərin itkin düşdüyü barədə xəbərlər dərc edilmişdi.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR