Kim Çen In raket təlimlərini izlədi

Şimali Koreya qanadlı raketlərin təlimini keçirib.

Metbuat.az xəbər verir ki, təlimləri Şimali Koreya lideri Kim Çen In da izləyib. Məlumata görə, Kim silahları və müharibə hazırlıqlarını nəzərdən keçirmək üçün patrul gəmisinə yoxlama səfəri təşkil edib.Yoxlamadan sonra Kim Çen In strateji qanadlı raketlərin buraxılması təlimini izləyib. Şimali Koreyanın açıqlamasına görə, sınaqlar zamanı raketlər şərti hədəfləri dəqiqliklə vurub. Bildirilib ki, təlimlər Şimali Koreya ordusunun hücum qabiliyyətini və döyüşə hazır olduğunu nümayiş etdirib.

Kim Çen In ölkənin donanması üçün güclü döyüş gəmilərinin hazırlanmasına dəstək veriləcəyini ifadə edib. Cənubi Koreya isə Şimali Koreyanın ordunun döyüş qabiliyyəti barədə bəyanatlarının həqiqətə uyğun olmadığın bəyan edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı